“Zindanda olsa da…” – Pərviz Bülbülə Rəşad Dağlıdan danışdı
“Rəşadla illərin dostuyuq. İnanmıram ki, bu dəqiqə məndən çox Rəşadla birlikdə meyxana demək istəyən biri olsun”.Müstəqil.az musavat.com-a istinadla xəbər verir ki, bunu meyxanaçı Pərviz Bülbülə “Künc Bucaq”da deyib.O, Rəşad Dağlı ilə əlaqələrindən danışıb: “Mən Rəşadı zindanda görmürəm. Elə bilirəm ki, harasa gedib gələcək. Mənim Rəşadla bağlı demək istədiklərim efirə sığmaz. Onun üçün duadan başqa əlimdən heç nə gəlmir. Onda da adam çox çarəsiz olur.Orada həm utanc, həm də xəcalət hissi var. Baş çəkməyə getmişəm. İmkan olsa, yenə getmək istəyərəm. Çünki Rəşadla illərin dostuyuq. İnanmıram ki, bu dəqiqə məndən çox Rəşadla birlikdə meyxana demək istəyən biri olsun. O meyxanalar və meydanlar üçün darıxmışam”.