“Xana”nı görürük, bəs komediya bunun harasındadır?

Haradansa oxumuşam ki, yumor çox ciddi məsələdir. Ona görə də yumorla ciddi adamlar məşğul olmalıdır.Ola bilər ki, hər kəsdə bu bacarıq yüksək səviyyədə olmasın. Hər şitliyə yumor adı verib təqdim etmək etik deyil, amma bundan da betəri, beldən aşağı orqanlara hesablanan düşüklüyə komediya adı verməkdir.Sonluğu “xana” ilə bitən istənilən obyektdən xoşum gəlmir. Bu yanaşmamın nə qədər doğru olduğunu “KomediXana” deyilən şouproqram da təsdiqləyir. Oradakı aktyorların istedadı haqda heç bir şey deyə bilmərəm, amma ssenari, təqdim olunan mövzuların böyük əksəriyyəti rəzalətdir. Sanki normal mövzu tapa bilmirlər. Ya da elə düşüncələri, təxəyyülləri bundan ibarətdir. Nə qədər olar iki ayağın arasına ünvanlanan səhnəciklər? Nə qədər olar aldatma, xəyanət, məişətin dibini göstərən mövzular? Niyə bu mövzuda səhnəciklər efirə veriləndə xəbərdarlıq olunmur ki, azyaşlılar, yeniyetmələr baxmasın? Bir ata öz yeniyetmə qızı ilə bu mövzuda olan “xanaya” necə baxsın? Axı o “xana” evimizin içinə qədər soxulur. pizza mizzaMəsələnin digər tərəfi də odur ki, bu şit, rəzil mövzulara insanlar baxır, qəhqəhə çəkir, gözləri yaşarana kimi uğunub gedirlər. Nolub? Bu iyrənc mövzulara necə gülə bilirsiniz? Səhnəcikdə hansısa qadın öz ərini aldadır, ya da hansısa kişi öz arvadını. Buna elə ürəkdən gülürlər ki? Tamaşaçıları tutub saxlamaq olmur e. Aktyorlar da onlara qoşulub gülür. Nəyə gülürlər? Əslində, nəyə güldükləri haqda fikir demək olar, amma qalsın.Bunu dəfələrlə demişəm, televizor dövrü bitib. Tullamaq lazımdır bu qutuları. O bizə heç nə vermir. Gülüş adı ilə faktiki olaraq əxlaqsızlığı təbliğ edir, aldatmağın variantlarını göstərir, şəxsiyyəti alçaltmağın əslində komik bir şey olduğu təəssüratını yaradırlar.Bilirəm, deyəcəksiniz ki, başqa ölkələrdə də belə proqramlar var. Olsun. Biz niyə özümüzü pis nümunələrlə müqayisə etməyə həvəsliyik?! Axı yaxşı nümunələr də var.Səmimi deyirəm, mən qeyd etdiyim mövzuda olan səhnəciklərlə qarşılaşanda utanıram. Uşaq yanımda olanda onun üzünə baxa bilmirəm. Pultu axtarıram ki, ekranı söndürüm.Tələbimiz onsuz da o qədər yüksək deyil və dahilik də gözləmirik. Amma nəzərə almaq lazımdır. Heç olmasa mövzular ayaq arasından yüksəyə qalxmalıdır ki, o səhnələri görəndə başımızı aşağı salmayaq. Yumor əxlaqsızlığın maskası deyil, zəkanın səsi olmalıdır.yenisabah

Bir cavab yazın

Back to top button