Zelenskidən şok açıqlama: “Ukraynanın yeni hədəfi…”

Ukraynanın cənubunda Rusiyanın nəzarətində olan Zaporojya AES-də baş verən yeni partlayışlarla bağlı tərəflər bir-birini ittiham etməyə davam edir. Kiyev Moskvanı zavodu yüzlərlə əsgərin bazasına çevirməkdə və sursat saxlamaqda günahlandırsa da Ukrayna prezidenti Volodimir Zelenski  televiziyada çıxış edərək Rusiyanın atom elektrik stansiyasına etdiyi hücumların “şantaj” olduğunu açıqlayıb.

Editor.az-ın xarici mediaya istinadən xəbərinə görə, Zelenski bildirib: “Onlar Atom Elektrik Stansiyasının ərazisini hədəfə alan artilleriya mərmiləri ilə davamlı olaraq təxribat törədirlər və əlavə qüvvələrini bu istiqamətə yönəltməklə dövlətimizi və hətta bütün azad dünyanı şantaj etməyə çalışırlar”.

Obyektə hücum edən rus əsgərlərini hədəfə alacaqlarını ifadə edən Zelenski, “Obyektə atəş açan və ya gizlənmək üçün obyektdən istifadə edən rus əsgəri başa düşməlidir ki, onların hər biri ordumuzun hədəfi olacaq”. Zelenski Rusiya qüvvələrinin “obyektin arxasında gizləndiyini və Ukraynanın nəzarətində olan Nikopol və Marqanets şəhərlərini bombalamağa hazırlaşdığını” da bildirib.

Moskvayönlü rəsmilər Rusiyanın nəzarətində olan Zaporojyanın bombalanmasında da Ukrayna qüvvələrini günahlandırıblar. Bölgədəki Rusiyaya yaxın rəsmilər AES-in Zelenskinin qüvvələri tərəfindən atəşə tutulduğunu ehtimal edir. Rusiya Müdafiə Nazirliyi də Ukrayna ordusunun ABŞ-dan aldığı “HİMARS” raket sistemləri ilə Xerson şəhərinin şərqindəki Kaxovka su elektrik stansiyasını vurduğunu açıqlayıb.

Başa dön tuşu