Zelenski: Putinin həyatı bu qərardan asılıdır!

Sərhədləri ruslar üçün bir il müddətinə bağlamaq Rusiyaya ən önəmli sanksiya ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Vaşinqton Post”a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, Rusiya vətəndaşları üçün ən təsirli sanksiya ola bilər və onlar bundan sonra Vladimir Putinin qərarlarına təsir göstərməyə başlayacaqlar:

“Bu, Putinə təsir etməyin yeganə yoludur. Çünki bu adamın həyatı üçün qorxudan başqa qorxu yoxdur. Onun həyatı isə əhalisinin onu təhdid edib-etməməsindən asılıdır. Artıq onu heç nə təhdid etmir. Ona görə də əhalisi onun qərarlarına təzyiq edəndə nəticə olacaq və müharibə bitəcək. Bunlar başa düşüləndir, çox sadədir. Söhbət puldan, qazdan, borudan, o cümlədən qışda almanların istiliyinin olmamasından getmir. Sadəcə bağlayın sərhədi və nəticəni görəcəksiniz”.

Başa dön tuşu