Zakir Həsənov Gürcüstanın Baş naziri ilə görüşüb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 14-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Metbuat.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Z.Həsənov nümayəndə heyəti ilə birgə Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanını ziyarət edib və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyub.

Sonra müdafiə naziri Gürcüstanın Baş naziri ilə görüşüb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğu qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin oktyabr ayında Gürcüstana işgüzar səfərinin xüsusi əhəmiyyətə malik olduğu qeyd edilib və ümumilikdə dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi vurğulanıb.

Tərəflər regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edib, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildiriblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu