Yığmamız Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Noyabrın 15-17-si tarixlərində Türkiyənin paytaxtı Ankarada ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Yarışda 20-yə yaxın ölkədən 100-dən çox atlet çıxış edəcək.

Metbuat.az-a Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Baş məşqçi Emil Əliyevin rəhbərliyi altında qadınlarda Nazilə İsmayılova (49 kq) və Rəhilə Hüseynzadə (76 kq), kişilərdə isə Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq) və Ömər Cavadov (81 kq) körpücük üzərinə çıxacaqlar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu