Xankəndi-Laçın yolunda sülhməramlıların daha 10 avtomobili maneəsiz keçib FOTO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, minik maşını Laçından Xankəndi istiqamətinə keçid edib.

Xatırladaq ki, bu gün Rusiya sülhməramlılarına məxsus “KamAZ” markalı yük maşını da Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobil karvanı ilə birgə Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunun hər iki istiqamətində maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 10-a çatıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu