Xabi Alonso “Real”ın baş məşqçisi olacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Almaniyanın “Bayer 04” klubunun baş direktoru Fernando Karro komandanın baş məşqçisi Xabi Alonsonun gələcəkdə İspaniya təmsilçisi “Real”a rəhbərlik edəcəyinə əmin olduğunu bildirib.

Metbuat.az-ın məlumatına görə, funksioner bu barədə “El Larguero”ya açıqlamasında bildirib.

“Bir gün Xabi Alonsunun “Real”ın baş məşqçisi olacağına şübhəm yoxdur. Yeganə sual onun nə vaxt müqavilə bağlayacağıdır. Amma bunun olacağına inanıram və əminliklə deyə bilərəm”, – deyə Karro söyləyib.

Qeyd edək ki, hesabında 79 xal olan “Bayer 04” sona 5 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu