“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı yayımlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olunub.

Metbuat.az xəbər verir ki, “Xəzər”in oxucuları jurnalın bu sayında:

“KORİFEYLƏR” rubrikasında – Fyodor Dostoyevskinin “Zavallılar” romanı;

“AZƏRBAYCAN ƏDƏBİYYATI” rubrikasında – Musa Yaqubun şeirləri;

“HEKAYƏ” rubrikasında – Nikolae Yesinenkunun “Bizim nəsil ağacımız” hekayəsi;

“SLOVAKİYA ƏDƏBİYYATI” rubrikasında – Peter Yaroşun “Ceviz”, “Ay bədirlənəndən sonra” hekayələri;

“POLYAK POEZİYASI” rubrikasında – Vislava Şimborskanın şeirləri;

“TÜRK DÜNYASI” rubrikasında – Timur Pulatovun “Mülk” hekayəsi;

“GÜNDƏLİK” rubrikasında – Virciniya Vulfun gündəlikləri;

“MEMUAR” rubrikasında – Vladimir Mayakovskinin məktubları;

“DUBLİN MÜKAFATI LAUREATLARI” rubrikasında – Kolm Toybinin “Bruklin” romanı;

“ÇAĞDAŞ RUS ƏDƏBİYYATI” rubrikasında – Vladimir Sorokinin “Snayperin səhəri”, “Ov mövsümünün açılışı”, “Ağ gözlü qara at” hekayələri;

“TEATR” rubrikasında – Harold Pinterin “Mətbəx lifti” pyesi və digər əsərlər ilə tanış ola biləcəklər.

“Xəzər”in oxucuları jurnalı Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:

Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid Prospekti, 19;

Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;

Kiosk Press – “İçəri şəhər” metrosu, İstiqlaliyyət küçəsi;

Kiosk Press – “Koroğlu” metrosu;

Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;

Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41; və eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən jurnalı əldə etmək mümkündür.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu