Vladimir Putin Ramzan Kadırovu təltif etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu mükafatlandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Kadırov teleqram kanalında yazıb.

Çeçenistan rəhbəri bildirib ki, Putin onu regionun sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə Aleksandr Nevski ordeni ilə təltif edib.

O bundan sonra da respublikanın rifahı naminə fədakarlıqla xidmət edəcəyinə söz verib: “Mənim üçün Rusiya Prezidentindən mükafat almaq ən böyük şərəfdir. Mən Vladimir Vladimiroviç Putinə etimada və regionumuzun inkişafına göstərdiyi daimi diqqətə görə təşəkkür edirəm”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu