Valyuta hərracında bankların dollar tələbi 77 milyonu ötüb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

30 noyabr 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankda (AMB) növbəti valyuta hərracı keçirilib.

Metbuat.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 77.8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 14% çoxdur. Belə ki, 28 noyabrda keçirilən valyuta hərracında banklar 68.2 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Əlavə edək ki, cari ilin noyabr ayında valyuta hərraclarında banklara 427 milyon dollar satılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu