Valverdeyə şok cəza – 1 il futboldan uzaqlaşdırıla bilər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Real Madrid”in yarımmüdafiəçisi Fede Valverdenin “Villareal” matçından sonra dəhlizdə rəqibin futbolçusu Aleks Baenanı yumruqlaması ilə bağlı iclas keçirilib.

Metbuat.az xəbər verir ki, Zorakılıqla Mübarizə üzrə Milli Komissiya iddia edilən hücumu araşdırmaq üçün Ali İdman Şurasının qərargahında toplaşıb. Məlumata görə, hələlik yekun qərar qəbul edilməyib. AS qəzetinin məlumatına görə, İdman Qanunu tənzimləməsindəki qanunlara əsasən, Valverde 6 aydan 1 ilə qədər idman yarışlarından uzaqlaşdırıla bilər.

Qeyd edək ki, Aleks Baena hadisə ilə bağlı şikayət edib. Futbolçunun xəsarətlər aldığı deyilir. Bildirilir ki, Zorakılıqla Mübarizə üzrə Milli Komissiyası Valverdeni cəzalandırmasa belə Kral Futbol Federasiyasının İdman Yarışları Komitəsi futbolçuya azı 4 oyun cəza verəcək.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu