“Uşaqların gözü önündə müzakirə etmək yerinə, hüquqi qiyməti gözləmək lazımdır”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Məsələni cəmiyyətdə uşaqların gözü qarşısında müzakirə etmək yerinə, hüquqi qiymət verilməsini gözləmək lazımdır”.

Bunu deputat Fazil Mustafa Metbuat.az-a FHN-nin vəzifəli şəxslərinin intim görütülərinin yayılması məsələsinə münasibət bildirərkən deyib. O bildirib ki, görüntülər araşdırılmalı və məsələyə hüquqi qiymət verilməlidir:

“Məsələyə sırf hüquqi aspektdən baxmaq lazımdır. Məmurun etik qaydaları var, bunlar pozulub. Hər hansı bir şəkildə iş vaxtı belə hərəkətlərlə məşğul olmaq qanuna ziddir. Birincisi, bu baxımdan inzibati cəza mexanizmləri işə düşməlidir. İkincisi isə cinayət məsuliyyəti ilə bağlı məsələ, yəni burada məcburiyyət, qullu mövqeyindən istifadə, qadınların cinsi istismara məruz qoymaq kimi hallar varsa, hüquqi qiymət verilməlidir. Məsələni cəmiyyətdə uşaqların gözü qarşısında müzakirə etmək yerinə, hüquqi qiymət verilməsini gözləmək lazımdır. Yayılan görüntülər isə hüquq- mühafizə orqanlarına təqdim olunmalıdır. Bununla bağlı araşdırma aparılmalıdır. Qeyd edilən hallar təsdiq edilərsə, videoda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması nəzərdə tutula bilər. Ona görə də, bunun ayrıca məsələ kimi gündəmdə saxlanılması əvəzinə hüquqi cəhətdən baxılması daha məqsədə uyğundur”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu