Ukrayna müjdəli xəbəri açıqladı: Rusiyadan da xoş xəbər gəldi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Taxıl sazişi”nin müddəti uzadılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur naziri Aleksandr Kubrakov açıqlama verib. Onun sözlərinə görə, müqavilənin müddəti 120 gün uzadılacaq. Lakin nazir sazişin detalları barədə açıqlama verməyib. Rusiyadan da oxşar açıqlama gəlib. Kreml sözçüsü Dmitri Peskov bildirib ki, “Taxıl sazişi” ilə bağlı danışıqlar müsbət davam edir. “Bildiyiniz kimi sazişlə bağlı əsas məsələ rus məhsullarına qarşı qadağaların ləğv edilməsi ilə bağlıdır. BMT ilə danışıqlar məhsuldar keçir”- Peskov deyib.

Qeyd edək ki, bütün tərəflər “Taxıl sazişi”nin uzadılmasının vacib olduğunu açıqlamışdı. Əks halda qida böhranı daha da dərinləşə bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu