“Twitter”də kütləvi ixtisarlar oldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Twitter” şirkəti Hindistandakı ofisinin işçilərini kütləvi şəkildə ixtisar edir.

Metbuat.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

İxtisarlar şirkətin yeni sahibi Elon Mask tərəfindən həyata keçirilən restrukturizasiyanın bir hissəsidir və Hindistandakı ofisin bütün bölmələrinə – mühəndislər, marketinq, rabitə, satış və s.-yə təsir edib. Ümumilikdə, şirkətin Hindistandakı işçilərinin 50%-dən çoxu işdən çıxarılıb.

Oktyabrın 27-də İlon Mask “Twitter”i satın almaq üçün müqavilə bağlayıb. Oktyabrın 31-də ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) məlumat bazasında yerləşdirilən sənədlərə əsasən, Mask şirkətin direktorlar şurasını ləğv etməyə hazırlaşır.

Mask “Twitter”i aldıqdan dərhal sonra şirkət rəhbərliyində təmsil olunan bir neçə nəfəri işdən çıxarıb. Daha sonra “Bloomberg” sahibkarın işçilərini demək olar, yarıya qədər ixtisar etməyi planlaşdırdığını bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.