Türk kəşfiyyatı axtarışda olan terrorçunu məhv etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyə kəşfiyyatı Suriyada növbəti uğurlu hərbi əməliyyatı keçirib.

Metbuat.az xəbər verir ki, kəşfiyyat PKK/YPG terror qruplaşmasının təxribat birliyinin lideri Ersin Şahini zərərsizləşdirib. Məlumata görə, terrorçuya qarşı əməliyyat Suriyanın Türkiyəyə sərhəd olan rayonların birində həyata keçirilib. Terrorçunun zərərsizləşdirilməsinin detalları barədə əlavə məlumat verilmir. Bildirilir ki, terrorçu PKK qruplaşmasına 2014-cü ildə İraqda qoşulub. Ardınca terrorçu Suriyaya keçib. O, Türkiyə ordusuna qarşı bir sıra hücumların təlimatını verib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu