Tovuzda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tovuzda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib.

Metbuat.az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.

O bildirib ki, noyabr ayının 11-də 15 yaşlı qızın qaçırılması barədə Tovuz rayon Polis Şöbəsinə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirib və müəyyən edilib ki, Şəmkir rayon Kür qəsəbə sakini, 2007-ci il təvəllüdlü A.Qasımova (ad soyad şərtidir) Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü E.Mehdiyev ilə görüşüb, könüllü şəkildə qaçıblar.

Polis əməkdaşları onların yerini müəyyən edərək gənc qızın valideynlərinə təhvil verib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirlir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu