​Tatarıstanlı peşəkar gözəllik mütəxəssisi Şafa Omarova global Health Awards layihəsində təltif olundu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tatarıstanın tanınmış, eyni zamanda beynəlxalq təcrübəli kosmetoloqu Şafa Omərova Azərbaycanda aldığı mükafatla gündəmə gəlib. Öz fəaliyyəti ilə insanlara bəxş etdiyi sevincdən mənəvi zövq alan uğurlu kosmetoloq nəinki, öz ölkəsində, hətta ölkə hüdudlarından kənarada da öz işinin peşəkarı kimi tanınır.

Ali tibb təhsilini Kazan Dövlət Tibb Universitetini alan Şafa Omarova dermatovenerologiya üzrə ixtisaslaşır. O, 2020-ci ildə dermatovenerologiya və kosmetologiya üzrə Tibbi Akkreditasiyadan keçir. “Allergan” şirkətinin mentoru olan gənc həkim artıq 30 yaşında Kazan şəhərində öz tibbi kosmetologiya klinikasını qurub. Kosmetologiya sahəsində daim yeniliklərə açıq olan kosmetoloq üzün, həçminin modulyasiyası, korreksiyası, full face, full body kimi prosedurlar üzrə 9 il təcrübəyə malikdir. İllərin təcrübəsinə malik peşəkar kosmetoloq dodaqların konturlanması üçün fərdi müəllif texnikasını işləyib hazırlayıb. Bu sahədə olan təcrübələrinin rusiyalı həmkarları ilə həmkarları ilə bölüşən ümumrusiya Beynəlxalq Konfranslarının iştirakçısıdır. Şafa Omarova sürətli inkişaf edən dünyada kosmetologiya sahəsində baş verən yenilikləri izləmək üçün daim biliklərini təkmilləşdirir, dünyanın hər yerindən görkəmli həkimlərin ustad dərslərində iştirak edir. Peşəkar kosmetoloq eyni zamanda Fransanın “İPSEN” şirkətinin treneridir.

Şafa Omarova 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “TheWell-Known Cosmetologist” nominasiyasına layiq görülüb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu