Tanınmış hakim fəciəvi şəkildə vəfat etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ali Məhkəmənin Kommersiya kollegiyasının hakimi İlqar Dadaşov intihar edib

Metbuat.az Apa-ya istinadən xəbər verir ki , 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

O, ağır xəstəlikdən – şəkərli diabetdən əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən hakim intihar edib.

Qeyd edək ki, İlqar Dadaşov 1962-ci ildə anadan olub. O, 1984-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

1989-1993-cü illərdə Vəkillər Kollegiyasının Neftçala rayon hüquq məsləhətxanası vəkil kimi çalışıb. 1993-2000-ci illərdə Respublika Prokurorluğunda idarə prokuroru olub. 2000-2007-ci illərdə İqtisad Məhkəməsində, 2007-2010-cu illərdə isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışıb. İ.Dadaşov 2010-cu ildən Ali Məhkəməsinin hakimi idi.

Tanınmış hakim 2023-cü ildə Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdi.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.