Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tələbələrin ölkə daxilində yerləşən orta ixtisas və ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasını, eləcə də təhsil formasını dəyişməsi prosesi başa çatıb.

Elm və Təhsil Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 4 316 müraciət qeydə alınıb.

Müraciətçilərdən 456 nəfəri orta ixtisas təhsili müəssisəsindən, 3 276 nəfəri ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat, 62 nəfəri magistratura səviyyəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib. Xaricdə yerləşən ali təhsil müəssisələrindən transfer olunmaq istəyənlərin sayı 522 nəfər olub.

Orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2 649 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən 2 649 nəfərin 2 287-si bakalavriat səviyyəsi, 16 nəfəri magistratura səviyyəsi, 346 nəfəri isə orta ixtisas təhsil pilləsinin tələbəsi olub.

Köçürülmə ilə bağlı müraciət etmiş tələbələr şəxsi kabinetlərinə daxil olaraq nəticələr barədə məlumat əldə edə bilərlər.

Qeyd edək ki, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

Xarici ali təhsil müəssisələrindən köçürülmə nəticələri yaxın günlərdə elan olunacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu