Təbrizlə bağlı kitab İranı silkələdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İran İsrailin Azərbaycandakı səfiri Corc Diki təhdid edib.

Metbuat.az “Trthaber”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin Baş direktorunun müavini Joşa Zarka belə məlumat yayıb. O bildirib ki, iranlı diplomat Abbas Müsəvi İsrail səfirini “Təbrizin sehrli nağılları” kitabı ilə bağlı paylaşımına görə təhdid edib:

“İran, bir terrorçu İsveçdə həbs olunduğu üçün İsveç vətəndaşlarını girov götürməklə təhdid edir. İranın Bakıdakı səfiri bizimi səfirimiz kitab oxuduğu üçün təhdid edir. Bu rejim öz ölkəsini, Təbrizdəkilər də daxil olmaqla öz xalqını ən pis səviyyələrə endirdi və hamı ilə toqquşmaya başladı”.

Qeyd edək ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən “Təbrizin sehrli nağılları” kitabı ilə bağlı paylaşım edib.

İsrailli diplomat tviterdə yazıb:

“Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?”

Qeyd edək ki, “Təbrizin sehrli nağılları” dünya incəsənəti tarixində özünəməxsus yer tutan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin bir hissəsi olan Azərbaycan miniatür sənətindən bəhs edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu