“Şuşadakı məktəbin tikintisi yekunlaşır” – Emin Əmrullayev

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Növbəti tədris ilindən işğaldan azad edilmiş ərazilərdə tik-ilən məktəblərdə tədris başlanıla bilər.

Metbuat.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “45 dəqiqə” adlı təhsil proqramında deyib.

Şuşada yeni məktəbin tikintisinin başa çatmaq üzrə olduğunu bildirən nazir, bu tədris mövsümünün sonunadək işlər-in tamamlanacağını söyləyib.

“Ağdamda 1 nömrəli orta məktəbin də tikintisi yekunlaşır. Hər iki məktəb növbəti tədris ilindən istifadəyə veriləcək. Azad edilən ərazilərdə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələrinin ailələri məktəblər fəaliyyətə başladıqdan sonra həmin yerlərdə yaşaya bilər. Əhali oraya köçürüldükcə, bu məktəblər də istifadəyə veriləcək”,- deyə Emin Əmrullayev əlavə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu