​Sumqayıt şəhər prokurorluğunda cinayət xəritəsi modulu yaradılıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Elektron prokurorluq informasiya sistemi vasitəsilə baş verən cinayətlərin operativ açılması asanlaşıb.

Metbuat.az-ın məlumatına görə, bunu Sumqayıt şəhər prokuroru Mürvət Həsənov deyib. Prokuror qeyd edib ki, sistem vasitəsilə həmçinin prokurorluğa daxil olan müraciət və şikayətlər dərhal elektron formada cavablandırılır: “Sistemdə elektron sorğu və cinayət xəritəsi modulu da yaradılıb. Bura cinayət hadisəsi törədilərkən ölən və yaralanan şəxslər barədə məlumatlar yerləşdirilir. Bu məlumatlarla həmin şəxsin istifadəsində mobil telefonların olması, ailə vəziyyəti və iş yeri barədə məlumatlar dərhal əldə edilir. Bu da cinayətin üstünün operativ açılmasına şərait yaradır”.

M. Həsənov deyib ki , Sumqayıt şəhər Prokurorluğunda adıçəkilən sistem 2021-ci ildə yaradılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu