“Sülhməramlılar öz vəzifələrini yerinə yetirmirlər, yetirə bilmirlər, yoxsa, yetirmək istəmirlər?”

“Necə ki, “dəmir yumruq” kimi birləşib torpaqlarımızı 44 gündə azad etdik, bunun da öhdəsindən gələcəyik”. 

Bu sözləri “Yeni Sabah”a Xalq artisti Mənsum İbrahimov sərhəddə baş verən erməni təxribatını önləmək üçün avqustun 3-də keçiirlən “Qisas əməliyyatı”nı şərh edərkən deyib:

“”10 noyabr Bəyannaməsi”nin şərtləri var. Bu şərtlərə riayət olunmalıdır. Ötən gün də şəhidimiz oldu. Allah şəhidimizə rəhmət eləsin. Bizim üçün böyük itkidir. Gənclərimizn həyatını itirməsi çox ağırdır. Bu səbəbdən də az vaxt içində qisasımız alındı. İgid əsgərlərimizin orada ayıq-sayıq dayandığını bilirik. Tezliklə bölgədən erməni silahları tam çıxmalıdır. Əsas budur. Onların da mətbuatından erməni tərəfinin düşdyü xaousu görürük. Ermənilərdə cinayətkar qruplar və diasporaları bu müharibənin bitməsini istəmir. Bəlkə də erməni xalqının içində də bunun sonunun olmadığını başa düşən insanlar var. Müharibənin davam edəcəyi təqdirdə vəziyyətin acınacaqlı olacağını anlayırlar. Erməni silahlıları nə qədər ki, Qarabağda qalmağa davam edəcək, o vaxta qədər də belə problemlər olacaq. Bu müharibəyə Qarabağdan son erməni silahlısı çıxanda son qoyulacaq. 

Başa dön tuşu