SON DƏQİQƏ! “Ermənistan-Türkiyə sərhədi açılmayacaq” – Matevosyan AÇIQLADI

“Münasibətlərin güzəştlə tənzimlənməsi prosesi nəinki sərhədləri açmayacaq, hətta Ermənistanın son səhifəsini də bağlayacaq”.

Bu fikirləri politoloq Benyamin Matevosyan səsləndirib.

O əlavə edib ki, Ərdoğanın məlum sözlərindən sonra Ankaranın Ermənistanla münasibətlərdə ilkin şərtinin olmamasından danışmaq məntiqsizlikdir. Erməni politoloqun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi nə qədər dərinləşsə, tələblər də bir o qədər çox olacaq.

“Rəsmi Bakı Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalı olduğunu açıqlayır. Qoşunların Qarabağdan çıxarılmasını istəyir, Laçın və Zəngəzur dəhlizi məsələsinin həllinə çalışır, Azərbaycan anklavlarının geri qaytarılmasını tələb edir. Ərdoğan deyir ki, bu tələblər yerinə yetirildikdə sərhəd açılacaq”, – erməni politoloq vurğulayıb.

Benyamin Matevosyan Türkiyənin xüsusi nümayəndəsinin Ermənistan-Türkiyə sərhədinə son səfəri qarşılığında rəsmi İrəvandan yeni güzəştlər tələb olunacağına əminliyini ifadə edib. “Məsələnin substantive və siyasi hissəsi həll olunmayana qədər Ermənistan-Türkiyə sərhədi açılmayacaq”, – deyə erməni politoloq fikirlərini tamamlayıb.KONKRET.az

Başa dön tuşu