Seulda Hellouin bayramında həlak olanlardan dörd nəfəri Rusiya vətəndaşıdır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı zamanı baş vermiş sıxlıq nəticəsində 4 Rusiya vətəndaşı da həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Cənubi Koreyadakı səfirliyi məlumat verib.

Səfirlik ölənlər arasında rusiyalıların sayının artacağını istisna etmir. Həlak olmuş Rusiya vətəndaşlarının üçünün 20-30 yaş arasında qadınlar olduğu bildirilir.

Xatırladaq ki, faciə Seulda Hellouin bayramı zamanı küçədə sıxlıq yaranması üzündən baş verib. Son məlumata görə, hadisə zamanı 153 nəfərin öldüyü, 103 nəfərin xəsarət aldığı bildirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu