Şahzadə Harri və Meqan ilk dəfə qızının üzünü göstərdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Şahzadə Harri və Meqan Markl ilk dəfə qızları Lilibetin fotolarını yayımlayıblar.

Metbuat.az xəbər verir ki, “Lili” Diana Mauntbetten-Vindzorun şəkli ailənin bayram açıqcasında çap olunub. Harri ilə Meqanın 2 yaşlı oğlu Arçinin də yer aldığı şəklə yazılıb:

“2021-ci ildə qızımız Lilibetin gəlişini qarşıladıq. Arçi bizi “ana” və “ata” etdi, Lili isə bizi ailə etdi… 2022-ci ili səbirsizliklə gözləyərkən, Əfqanıstandan köçürülənlərdən tutmuş ailələri qoruyan bir neçə təşkilata ianələr etdik”.

Qeyd edək ki, Lilibet 2021-ci il 4 iyunda dünyaya gəlib. Uşağa ad ailə ləqəbi Lilibet olan ulu nənəsi Kraliça II Elizabetin şərəfinə verilib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.