Şagirdlərin məktəbə telefon gətirməsi qadağan edilib?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycanın ümumi təhsil müəssisələrində şagirdlərə məktəbə mobil telefon gətirməyə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumdan bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Məlumat üçün bildiririk ki, ötən tədris ilinin ikinci yarımilindən başlayaraq ölkəmizin 300 məktəbində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” tətbiq edilib. Həmin qaydalara əsasən, şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır.

Bir daha yekun olaraq bildiririk ki, bu qayda yalnız pilot olaraq seçilmiş 300 məktəbdə tətbiq edilir”, – qurumdan qeyd olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu