Səhiyyə Nazirliyində Misir nümayəndə heyəti ilə görüş keçirilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Səhiyyə Nazirliyində Misir Ərəb Respublikasının xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Talaat Nasr ilə görüş keçirilib. Tədbirdə Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı da iştirak edib.

Bu barədə Metbuat.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik münasibətlərin qurulmasını vurğuluyaraq, bu müddət ərzində ikitərəfli əlaqələrin bir çox istiqamətlər üzrə inkişaf etdiyini qeyd edib. Nazir Azərbaycanla Misir arasında əməkdaşlığın uğurlu və bütün sahələrdə nümunəvi olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində ölkələrimiz arasında əməkdaşlıq beynəlxalq müstəvidə – Ümumdünya Səhiyyə Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində aparılır.

Sonda Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Öz növbəsində İhab Talaat Nasr ölkəsinin Azərbaycanla müxtəlif səviyyələrdə və sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyini vurğulayıb.

Azərbaycanda səhiyyə sistemində aparılan islahatları yüksək qiymətləndirən İhab Talaat Nasr son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivləri, eyni zamanda gələcəkdə farmasevtika sahəsində əməkdaşlıq memorandumunun imzalanmasına dair müzakirələr aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu