Ronaldo bu yaşa qədər oynamaq niyyətindədir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Mançester Yunayted“in hücumçusu Kriştiano Ronaldo karyerasını bitirməklə bağlı planlarını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, o, futbolda qalmaq istədiyini bildirib.

“Mən başa düşmək istəyirəm ki, 40, 41, 42-yə qədər oynaya biləcəyəmmi. Amma ən əsas gündəlik məqsədim baş verənlərdən həzz almaqdır”, – 36 yaşlı portuqaliyalı ulduz deyib. O əlavə edib ki, yüksək səviyyədə qalmaq üçün bədən və ağılın qayğısına qaldığı üçün özünü genetik olaraq 30 yaşında hiss edir.

Dekabrın 30-da Ronaldonun anası Doloreş Aveyra oğlunun 40 yaşına qədər oynamağı planlaşdırdığını bildirib.

Ronaldo “Mançester Yunayted”dən əvvəl Turinin “Yuventus”, Madridin “Real” və Portuqaliyanın “Sportinq” klublarında çıxış edib.

O, beşqat “Qızıl top” mükafatçısı və elə bu qədər də Çempionlar liqasının qalibidir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu