Qurbanov DÇ-da hansı komandaya azarkeşlik edəcək?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Futbol üzrə dünya çempionatının başlamasına 3 gün qalır. Qətərdə keçiriləcək çempionatın favoritləri ilə bağlı dünyanın məşhur futbolçuları proqnozlarını açıqlayırlar.

Maraqlıdır, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun favoritləri hansı komandalardır, hansı komandaya azarkeşlik edəcək?

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı Qurban Qurbanov Lent.az-a bildirib ki, dünya çempionatında mübarizə aparacaq güclü komandalar çoxdur:

“Buna görə də konkret olaraq komandalar arasında müqayisə aparmaq çətindir. Amma əvvəl də, indi də azarkeşlik etdiyim komanda İspaniya millisidir. Dünya çempionatında da İspaniya komandasına azarkeşlik edəcəyəm”.

Qeyd edək ki, 2022-ci il futbol üzrə dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.Futbol üzrə dünya çempionatının başlamasına 3 gün qalır. Qətərdə keçiriləcək çempionatın favoritləri ilə bağlı dünyanın məşhur futbolçuları proqnozlarını açıqlayırlar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu