Qurban Qurbanovu gözləyən bu şəxs görün kim imiş

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Premyer Liqanın 12-ci turunun “Şamaxı” – “Qarabağ” oyunundan sonra (0:4) qonaqların baş məşqçisi Qurban Qurbanov sürpriz qonaqla qarşılaşıb.

Söhbət matçı izləyənlər arasında yer alan Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadədən gedir.

Metbuat.az sportinfo.az-a istinadən məlumatı təqdim edir.

İsmayıl bəy qarşılaşmanın əvvəlində bəndənizə yaxınlaşıb, Qurbanovla görüşmək istəyini bildirdi.

Fasilədə onun istəyi barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə məlumat verdim.

Məsləhət olundu ki, belə bir görüş yalnız komanda arenanı tərk edəndə mümkün ola bilər.

Elə belə də oldu. Klubun avtobusunun yanında təxminən 15-20 dəqiqəlik gözləmədən sonra Qurbanov görünməyə başladı.

Tərəflər arasında baş tutan qısa dialoqda sədr Qurbanova uğurlar arzuladı və onu çox istədiklərini dilə gətirdi. Sonda isə xatirə fotosu çəkildi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu