Qurban Qurbanov: “Yuxuda Şuşanı görmüşdüm”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Ötən gün maraqlı yuxu görmüşdüm. Yuxuda Qarabağda və Şuşada idim”.

Metbuat.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa “Lex”inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis ötən gecə yuxuda Aqil Abbası da gördüyünü bildirib: “Görürəm ki, Şuşada dağın başındadır. Qar yağıb və Aqil müəllim qarın içindədir. Məndən bir az yuxarıdadır və deyir ki, Qurban, gör şəhər necə istidir. Mənə bir-bir təpələri göstərir ki, gör oraya necə qar yağıb. Baxıram və görürəm ki, oralar ağdır. Bəlkə də bu oyundan əvvəl Aqil müəllim mənə zəng etməyib, buna görə yuxuda onu görmüşəm”.

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Polşa “Lex”i üzərində 5:1 hesablı qələbə qazanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu