Qobustanda iki yaşlı uşaq qızılcadan vəfat etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qobustanda daha bir uşaq qızılcadan dünyasını dəyişib.

Metbuat.az Sputnik.az-a istinadən xəbər verir ki, Baxışlı Elmir Elbrus oğlu iki yaşında qızılcadan vəfat edib.

Atası Elbrus Baxışov bildirib ki, evdə digər iki övladı da qızılca olub, onlar sağalsa da, qızılcaya yoluxmuş balaca Elmiri xilas etmək olmayıb.

“Uşağı polikilinikaya müayinəyə aparmışdım. Həkim nə təyin etmişdisə edirdik. Dekabrın 8-də iki yaşını qeyd edəcəkdik, amma balam tələf oldu”, – atası deyib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu