Qeyri-etik paylaşımlar edən daha iki nəfər saxlanıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, “Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbli Rövşən Süleymanov saxlanılıblar.

Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.

R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcəkdir.

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu