“Qazi intihar edirsə, deməli idarəetmədə fəsad var”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“İdarəetməyə xeyli təcrübəsiz şəxs gəlib. İnsan və onun problemi ilə ünsiyyət qurmaq imkanları məhduddur. Bu, özü də bir reallıq olub. İnsaf naminə demək lazımdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri də çox əziyyət çəkirlər. Müharibədən sonra bütün yük onların çiyinlərinə düşüb”.

Metbuat.az xəbər verir ki, bu fikirləri açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, hədsiz mərkəzləşmə imkan vermir ki, alt qatlarda, məsələn, Sabirabadın, Ucarın uzaq bir kəndində qazinin konkret problemi ilə məşğul olmaq mümkün olsun. Bu baxımdan səlahiyyət aşağıya verilməlidir.

“Diqqət etsək, təhsildə də, mədəniyyət sahəsində vəziyyət belədir. İndi Azərbaycanda ən bərbad gündə olan sahə mədəniyyət sahəsidir. Mədəniyyət Nazirliyinin rəhbərliyi nəinki Xalq artistini, ümumiyyətlə, bu sahənin adamlarının heç birini qəbul etmir. Yüzlərlə adam bizə müraciət edir ki, qəbula düşə bilmirik. Yəni bu narazılıqlar onsuz da təkcə qazinin narazılığı deyil. Bütün bunlar mərkəzləşmiş idarəetmənin yaratdığı fəsadlardır. Ona görə də problem davam edəcək. Allah özünü yandıraraq intihar edən qazimizə rəhmət eləsin. Üzülürəm, bu, çox ağır bir şeydir. Bir məmləkətdə qazi intihar edirsə, deməli, idarəetmədə fəlakətli səviyyədə problem var. Bunu dərhal aradan qaldırmaq lazımdır ki, bu boyda qələbəmizi urvatsızlaşdırmaq mümkün olmasın”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu