“Qarabağ”ın futbolçusu “Neftçi”yə təklif olundu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bildiyiniz kimi, “Qarabağ” Adama Diakabi ilə yolları ayırmaq istəyir.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, fransalı vinger “köhlən atlar”ın heyətində özünü yaxşı tərəfdən göstərə bilmir. Avropa Liqası üçün UEFA-nın iştirak ərizəsində yer almayan 27 yaşlı futbolçu çempionat oyunlarında meydana çıxmaq şansı qazanmır. Bu səbəbdən də Qurban Qurbanov futbolçunun göndərilməsini istəyir.

Menecerlər də Adama Diakabiyə yeni komanda axtarışındadır. Fransalı agentlər tərəfindən Premyer Liqanın digər təmsilçisi “Neftçi”yə də təklif olunub. Lakin flaqman rəhbərliyi futbolçunun maaşının çoxluğunu və tez-tez zədələnməsini nəzərə alaraq istəyi geri çevirib.

Qeyd edək ki, Adama Diakabi bu mövsüm “Qarabağ”ın heyətində 9 oyunda meydana çıxıb. Fransalı bu görüşlərdə 2 qol vurub, 1 məhsuldar ötürmə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu