“Qarabağ” oyununun məğlubu Avroliqada bu klub ilə qarşılaşacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sürix” – “Qarabağ” cütünün məğlubunun Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Metbuat.az xəbər verir ki, bu, “Linfild”dir (Şimali İrlandiya). ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyununda “Budyo Qlimt”ə (Norveç) 1:0 hesab ilə qalib gələn Şimali İrlandiya təmsilçisi cavab görüşündə 0:8 hesabı ilə uduzub.

Mübarizəni Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək “Linfild” bu mərhələdə “Sürix” – “Qarabağ” cütünün məğlubu ilə qarşılaşacaq.

Avroliqanın 3-cü təsnifat mərhələsinin oyunları 4-11 avqust tarixlərində keçiriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu