Qanunsuz ov edənlər saxlanıldılar – FOTO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Ağcabədi rayon sakinləri Tərlan Xəlilov, Rauf Əhmədov və Osman Hacıyev saxlanılıblar. Həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşları aşkar edilib.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.

Qanunsuz ov edənlər saxlanılıblar (FOTO) - Gallery Image Qanunsuz ov edənlər saxlanılıblar (FOTO) - Gallery Image




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu