“Qalatasaray” derbidə “Beşiktaş”a qalib gəldi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İstanbul derbisində “Beşiktaş” doğma meydanda “Qalatasaray”a məğlub olub.

Metbuat.az xəbər verir ki, “Qalatasaray” səfərdə “Beşiktaş”a 1-0 hesabı ilə qalib gəlib. Sarı-qırmızılıların qolunu matçın 2-ci dəqiqəsində “Beşiktaş”da çıxış edən Əl-Musrati avtoqolla vurub.

“Qalatasaray” bu nəticə ilə xallarını 75-ə çatdırıb və zirvədəki rəqibi “Fənərbaxça”nı 2 xal üstələyərək yenidən liderliyə yüksəlib. “Beşiktaş” isə 46 xalla 4-cü pillədə qərarlaşıb.

Süperliqanın növbəti həftəsində “Qalatasaray” doğma meydanda “Çaykur Rizəspor”la, “Beşiktaş” isə səfərdə “Qaziantep”lə qarşılaşacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.