Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli oldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, “Azərreyl” həlledici raunda vəsiqə qazanıb. Komanda yarımfinalın ikinci oyununda “Gəncə”yə uduzub – 2:3 (25:21, 25:20, 16:25, 17:25, 8:15)

“Azərreyl” ilk matçda 3:0 hesablı qələbəyə sevindiyi üçün finala yüksəlib.

Qeyd edək ki, yarımfinal mərhələsinə aprelin 18-də yekun vurulacaq. “Abşeron” və “Murov Az Terminal” münasibətlərə aydınlıq gətirəcəklər. İlk görüşdə “Abşeron” qalib gəlib – 3:1.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu