Qəribə olay: Uşağı dişləyən kobra ÖLDÜ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Hindistanın Çhattisqarh şəhərində 8 yaşlı uşaq tərəfindən iki dəfə dişlənilən zəhərli kobra ölüb.

Metbuat.az xəbər verir ki, Hindistanın Çhattisqarh əyalətində səkkiz yaşlı uşaq həyətyanı sahədə oynayarkən onu kobra dişləyib.

Qoluna sarılan kobradan xilas ola bilməyən uşaq çarəni zəhərli kobranı dişləməklə görüb. Kobranı iki dəfə dişləyən uşaq ilanı öldürüb.

“The New Indian Express”ə danışan uşaq deyib:

“İlan əlimə dolanaraq məni dişlədi. Çox ağrıyırdı. Ondan xilas ola bilməyəndə iki dəfə bərk dişlədim. Hər şey bir anda baş verdi”.

Hadisəni ailəsinə izah etdikdən sonra, kobranın uşağı dişləyərkən yəni heç bir zəhər buraxmadığı məlum olub.

Dərhal xəstəxanaya yerləşdirilən uşaqda heç bir narahatlıq yoxdur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.