Putin Ərdoğanı vasitəçi kimi görür

Kreml Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna ilə sülh danışıqlarında vasitəçi kimi baxır. Amma Moskva Kiyevlə barışıq şərtlərini yüngülləşdirməyi planlaşdırmır.

Musteqil.Az axar.az-a istinadən bildirir ki, Türkiyə uzun müddətdir Ukraynada sülh nizamlanması prosesində vasitəçi olmağa çalışır. Rusiya isə bu fikri qəbul etmirdi. Ancaq Soçidə baş tutan görüşdə Putinin şəxsən Ərdoğana təşəkkür etdiyi taxıl müqaviləsi vəziyyəti dəyişib.

Qeyd edək ki, ötən gün Soçidə Ərdoğan və Putinin görüşü baş tutub.