Premyer Liqada bu mövsümün üçüncü məhsuldarlığı qeydə alınıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Premyer Liqasının XXV turunda 18 qol vurulub.

Metbuat.az xəbər verir ki, bu, mövsümün üçüncü məhsuldarlığıdır. Yalnız X və XVI turlarda daha çox – 19 qol qeydə alınıb. Rekordun təkrarlanması üçün bir top çatmayıb. Orta məhsuldarlıq 3,60-a bərabər olub.

“Neftçi” – “Qarabağ” (1:4) və “Qəbələ” – “Səbail” (2:3) oyunlarının hərəsində 5 qol vurulub. “Sumqayıt” – “Kəpəz” (1:3) qarşılaşmasında bu rəqəm 4-ə bərabər olub. “Sabah” – “Araz-Naxçıvan” (2:0) və “Zirə” – “Turan Tovuz” (1:1) duellərinin hərəsində iki qol qeydə alınıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.