Portuqaliya Qana yığmasına qalib gəldi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının H qrupunun ikinci matçında Portuqaliya və Qana yığmaları qarşılaşıblar.

Metbuat.az xəbər verir ki, matçın ilk qolunu qarşılaşmanın 64-cü dəqiqəsində Portuqaliyanın superulduzu Ronaldo vurub. O, özünə qarşı cərimə meydançası daxilində edilmiş kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

Görüşün 73-cü dəqiqəsində Qananın heyətində Andre Ayu fərqlənərək hesabı bərabərləşdirib. Portuqaliya seçməsinin təmsilçiləri – 78-ci dəqiqədə Joao Feliks, 80-ci dəqiqədə isə Rafael Leao rəqib qapısından daha iki top keçirərək komandalarını 3:1 hesabla irəli çıxarıblar. Gərgin mübarizə şəraitində keçən matçın 89-cu dəqiqəsində Qananın futbolçusu Bukari hesab arasındakı fərqi azaldıb.

Beləliklə, qarşılaşma Portuqaliyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu