Polşa səfiri Rusiya XİN-ə çağırıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Polşa səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında paylaşım edib.

Qeyd edək ki, dünən Polşanın Ukrayna ilə sərhəd ərazisinə iki raket düşüb. Nəticədə iki dinc sakin həlak olub.

Rusiya Müdafiə Nazirliyi Polşaya atılan raketlərlə əlaqəsinin olmadığını və raket fraqmentlərinin Ukraynaya məxsus “S300” sistemlərinə aid olduğunu açıqlayıb.

Rəsmi Varşava insidentə görə Rusiyanı günahlandırıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu