Paşinyanın partiyasının prezidentliyə namizədi açıqlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası öz qərarına yenidən baxaraq, respublika prezidentliyinə yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanın namizədliyini irəli sürüb.

Metbuat.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Daha əvvəl isə ArmLur.am saytı xəbər vermişdi ki, partiya prezidentliyə Baş nazir administrasiyasının rəhbəri Araik Arutyunyanın namizədliyini irəli sürmək qərarına gəlib.

Bu arada, “Hraparak”ın məlumatına görə, Arutyunyanın prezidentliyə namizədliyi ictimaiyyət arasında narazılıq dalğasına səbəb olub:

“Məlumat sızması nəticəsində məlum olub ki, hakim partiya Arayik Arutyunyanın prezidentliyə namizədliyini nəzərdən keçirir. Lakin demək olar ki, bir həftədir ki, ictimaiyyət bundan narazılığını bildirir”.

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-ü istefa verib. O, istefasını onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu