​Özbəkistanlı peşəkar defektoloq Sabina Azizova Bakıda təltif olundu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Defektoloq fiziki və əqli qüsurlu uşaqların inkişafı və onların təlim-tərbiyəsi məsələləri ilə məşğul olan mütəxəssisdir. Peşəkar özbəkistanlı loqoped, defektoloq Sabina Əzizova bu sahədə öz özünü təsdiq etmiş mütəxəssislərdəndir.

Hazırda loqoped, defektoloq kimi fəaliyyət göstərən Sabina Azizova nitq problemi yaşayan oğlu ilə əlaqədar bu seçimi etmişdir. 12 illik loqopedlik təcrübəsi müddətində müxtəlif intellektual, nitq, psixo-emosional və fiziki inkişaf pozğunluğu olan uşaqlarla işləməkdə yüksək təcrübəyə malikdir.

Sabina Azizova Özbəkistan Respublikası Məktəbəqədər Təhsil Nazirliyi yanında Daşkənd şəhərinin psixoloji, tibbi və pedaqoji komissiyasının üzvü, eyni zamanda “Logopediss of Uzbekistan” özəl loqos mərkəzinin təsisçisidir. Mərkəzdə hər bir uşağın inkişafının xüsusiyyətlərini ətraflı araşdırılması aparılır, onun öyrənmə qabiliyyəti müəyyənləşdirilir, uşaqların inkişafındakı çatışmazlıqların maksimum ödənilməsi və düzəldilməsinə yönəlik işlər təşkil edilir. Sabina Azizova universitetlərdə, müxtəlif tədbirlərdə və tədris psixoloji və loqopedik mərkəzlərdə təlimlər, seminarlar təşkil edərək öz sahəsinin inkişafına təkan verir.

Sabina Azizova, 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Professional Speech Therapist of the Year” nominasiyasına layiq görülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu