​Özbəkistanlı iş adamı Sardar Azizov Azərbaycanın nüfuzlu layihəsində təltif olundu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İnsanın onu dəyişməyə, böyüməyə təkminləşməyə sövq edən işi tapma şans əsəridir. Seçdiyimiz peşənin perspektivi insanın gələcək uğurlarının təməlidir.

Sardar Azizov Özbəkistanda gördüyü işlərlə adından söz etdirən uğurlu iş adamıdır.

O, ölkə bazarında tibbi avadanlıqların, ortopediyada protezlər üçün implantların tədarükü üzrə liderlərdən biridir. Biznesmen ölkəni yüksək keyfiyyətli tibbi avadanlıqlarla təchiz edir. Sahibkar olaraq beynəlxalq ZIMMER şirkəti ilə rəsmi tərəfdaşlıq edən Sərdar Azizov hər zaman ətrafında yeniliyi sevən insanları toplayıb. Görəcəyi işin perspektivi ilə yanaşı o hər zaman insanlara fayda verəcək biznesinin olmasını arzu edib. Sardar Azizov hesab edir ki, müasir dünyada məhz endoprotezləşdirmə sayəsində insanlar yeriyə, qaça, otura bilirlər.

Uğurlu iş adamı, 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Well-Known Enterpreneur of the Year” nominasiyasına layiq görülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu