Ötən sutka 22 yanğın söndürülüb, 3 nəfər xilas edilib
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğınaçıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-dən Metbuat.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Nərimanov rayonunda 1960-cı il təvəllüdlü Yolçuyev Şahbala Allahverdi oğlunun meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
https://www.youtube.com/watch?v=F0LMJcoqEZ4
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.